18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
36 yaşlı qadının ölüm işi məhkəməyə göndərilib
Tarix: 04-10-2023 11:53 | Bölmə: Cəmiyyət
36 yaşlı qadının ölüm işi məhkəməyə göndərilib

Sumqayıtda arvadını öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Reyting.az
xəbər verir ki, iyunun 26-da 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla 1993-cü il təvəllüdlü Balafər Muradovun qeyd edilən tarixdə Sumqayıt şəhəri, Beton zavod ərazisində yaşadığı evdə arvadı Leyla Muradovanı aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Balafər Muradova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər