18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Gəlinin 71, bəyin 17 yaşı var - Foto
Tarix: 04-10-2023 15:44 | Bölmə: Cəmiyyət
Gəlinin 71, bəyin 17 yaşı var

54 yaş fərqi olan cütlüyün necə tanış olması dünya mediasında əks-səda doğurub. Cütlük münasibətlərinin mükəmməl olduğunu iddia etsə də, sözügedən birlik qadının ailə həyatına mənfi təsir göstərib.

Reyting.az
xəbər verir ki, 71 yaşlı Almeda adlı qadın, bəlkə də bir ananın üzləşə biləcəyi ən böyük ağrı ilə düz 9 il əvvəl üzləşib. Oğlunun dəfn mərasimində qadın sonradan “həyatının eşqi” adlandıracağı 17 yaşlı Qarri ilə tanış olub.

Qısa müddətdən sonra görüşməyə başlayan cütlük əvvəlcə sevgili, sonra ər-arvad olublar. Qari Almedanı özünün “kukla" və “kraliçası” kimi təsvir etsə də, 71 yaşlı həyat yoldaşı ilə görüşünün həyatında dönüş nöqtəsi olduğunu iddia edib. Aralarında yaş fərqinə baxmayaraq münasibətlərinin demək olar ki, problemsiz olduğunu deyən Qarri bu gün Almedanın ad gününü qeyd edib. Qarri “Instagram”-dakı paylaşımında məsələ ilə bağlı bunları deyib:

“Mən hər gün sənin yanında oyanmağı bacardığım üçün ən şanslı ərəm. Sən məni hər gün ən xoşbəxt kişi edirsən və mən də səni həmişə ən xoşbəxt qadın etmək istəyirəm”.



Digər tərəfdən, İngiltərə mətbuatında yer alan xəbərdə Qarrinin yaşlı qadınla münasibətinə görə ailəsinin artıq onunla görüşmədiyi ifadə edilib.

Almedanın altı nəvəsindən ikisi - Aron və İndiana Elliott da nənələrinin münasibətini qəbul etməkdə çətinlik çəkiblər. Aron cütlüyün münasibəti ilə bağlı bunları deyib: “Şəxsən mənim üçün ilk dəfə bir araya gələndə bir az qəribə idi. Biz 21-ci əsrdə yaşayırıq və bunların heç bir əhəmiyyəti olmamalıdır”.

LALƏ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər