18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Kütləvi cinayətlər: “Vaqner”çilər Rusiyada ən azı 27 nəfəri öldürüb
Tarix: 05-10-2023 10:19 | Bölmə: Cəmiyyət
Kütləvi cinayətlər: “Vaqner”çilər Rusiyada ən azı 27 nəfəri öldürüb

İlin əvvəlindən Ukraynaya qarşı müharibəyə qatılan, sonradan Rusiya Federasiyasına qayıdan hərbçilər və hərbiləşdirilmiş muzdlular azı 27 nəfəri öldürüb. Bu hadisələrin əksəriyyətində “Vaqner”çilər ittiham olunur.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın “Agentlik” nəşri yazıb.

Məlumata görə, “Vaqner” PMC-nin keçmiş muzdluları 12 cinayətdə iştirak ediblər. Onların qurbanları 19 nəfər olub.

Qeyd olunur ki, təkcə oktyabrın ilk üç günündə iki qətl törədilib: “Oktyabrın 3-də Krasnoyarsk diyarında keçmiş “Vaqner”çi Denis Stepanov iki qadınla evi yandırıb, oktyabrın 1-də isə Lipetskdə keçmiş PMC döyüşçüsü Vladimir həyat yoldaşının 4 yaşlı qızını öldürüb. Sentyabrın sonunda Nijni Novqorod vilayətində keçmiş “Vaqner” üzvü Oleq benzin tökərək bacısını yandırıb. Həmin ayın ortalarında keçmiş PMC döyüşçüsü Sergey qaytarılmayan borcuna görə həmkarını daşla döyərək qətlə yetirib. Həmçinin sentyabr ayında Çita sakini, müharibədən qayıtmış Tsyren-Dorji qətldə şübhəli şəxs olub”.

Ən böyük cinayət sentyabr ayında baş verib. “Vagner” PMC-nin muzdlusu İqor Sofonov tanışı ilə birlikdə altı nəfəri qətlə yetirib. Daha sonra cinayətin izini gizlətməyə çalışıblar və iki evi yandırıblar.

Nəşrin məlumatına görə, iyun və iyul aylarında da “Vaqner”çilər qətldə ittiham olunublar. May ayında üç, aprel ayında beş, mart ayında isə iki belə qətl hadisəsi baş verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər