18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Xüsusi xidmət əməkdaşları “qanuni oğru”nu öldürüb - Əməliyyat
Tarix: 05-10-2023 16:11 | Bölmə: Cəmiyyət
Xüsusi xidmət əməkdaşları “qanuni oğru”nu öldürüb

Qırğızıstanda kriminal avtoritet Kamçı Asanbek Bişkekin mərkəzində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Reyting.az
xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri zamanı Kamçı Asanbekin yeri müəyyən edilib.

Kriminal qruplaşma lideri olan K. Asanbek xüsusi xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə müqavimət göstərib. Bundan sonra cinayətkar təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə öldürülüb.

Xatırladaq ki, K. Asanbek (Kamçıbek Kolbayev) MDB-nin kriminal dairələrində “Kolya Qırğız” kimi tanınırdı.

2007-ci ildə ABŞ Dövlət Departamenti Kolbayevi ölkədəki “ən güclü cinayətkar qruplaşmanın lideri” adlandırıb və 2008-ci il aprelin 23-də Moskvada Kolbayevə Rusiya mütəşəkkil cinayətkarlığının liderləri tərəfindən “qanun oğru” tacı verilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər