Bakıda ana və 2 oğlunu bıçaqlayıblar
Tarix: 06-10-2023 00:20 | Bölmə: Cəmiyyət
Bakıda ana və 2 oğlunu bıçaqlayıblar

Bakının Xəzər rayonunda ana və 2 oğlu bıçaqlanıb.

Reyting.az
-ın məlumatına görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evə bıçaqla hucum edən şəxs 1976-cı il təvəllüdlü Kazımova Gözəl Hüseynağa qızını, oğlanları 29 yaşlı Kazımov İmanxan və 30 yaşlı Kazımov Hüseynağa Valeh oğlunu bıçaqlayıb.

Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Ailə üzvlərinin dediyinə görə, hadisəni Gözəl Kazımovanın qardaşı oğlu törədib.

Hadisənin təfərrüatı araşdırılır.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb