Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb
Tarix: 06-10-2023 15:23 | Bölmə: Cəmiyyət
Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb

Sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyaları aşkarlanıb.

Məlumata görə, bunu Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdamın Sırxəvənd kəndinə narkotik plantasiyaları aşkarlanıb. Ərazidə həmçinin 4 ədəd "Kalaşnikov" tipli avtomat tapılıb. Terrorçular avtomatlardan ərazinin mühafizəsi üçün istifadə edib.

E.Hacıyev ərazinin xüsusi nəzarətlə mühafizə olunduğunu bildirib(Repot).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}