18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihəyə yekun vurulub - Fotolar
Tarix: 01-10-2023 18:36 | Bölmə: Cəmiyyət
Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihəyə yekun vurulub

“Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” adlı layihənin icrasını yekun vurulub.

Layihə rəhbəri Nuranə Abdullayevanın bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyul-01 oktyabr 2023-cü il) icra olunub.

Layihənin yekunu olaraq Bakı və Bakı kəndlərindən 50-dən çox sağlamlıq imkanları məhdud uşaqlar və onların valideyn/dayələri ücün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, dietaterapiya və s.) sahəsində öyrədici tədbirlərin təşkil olunub və inkişaf etdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğ edilib. Nəticədə sağlamlıq imkanları məhdud uşaqların potensialları daha çox realizasiya edilib və onların funksional bacarıqlari tam və ya qismən bərpa olunub, ailəyə psixolojı dəstək verilib və bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilib, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün uşağın inkişafı və reabilitasiyasının müasir vasitələri ilə tanış olmağa imkan yaradılıb.

Beləliklə, inkişafdan geri qalmış uşaqların və onların ailələrinə göstərilən sosial xidmətlərin yaxşılaşmasına yönəlmiş əlavə resurs olaraq “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” mərkəzlərin davamlı fəaliyyətinə ehtiyac yaranır.










Bölməyə aid digər xəbərlər
bütün xəbərlər