20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

“Ailə dəyərləri” dərsliyi işıq üzü görüb - Foto
Tarix: 09-10-2023 09:24 | Bölmə: Cəmiyyət

“Mütərcim” nəşriyyatı Əməkdar müəllim, pedaqogika elmləri doktoru, professor Akif Abbasov və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlinin “Ailə dəyərləri” dərsliyinə həyat verib.
Reyting.az-ın məlumatına görə, dərsliyin elmi redaktoru pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadə, rəyçilər pedaqogika elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü Hümeyir Əhmədov, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, pedaqogika üzrə fəlsəfə doktoru İradə Əmirəliyevadır.
Dərsliyə “Ön söz əvəzi” və “Son söz əvəzi”ndən başqa 12 mövzuda materiallar daxildir:
1. Ailə dəyərləri kursunun obyekti və predmeti, vəzifələri.
2. Ailə dəyərləri fənninin başqa fənlərlə əlaqəsi, tədqiqat metodları, ailə dəyərlərinin mənbələri, metodları və prinsipləri.
3. Ailənin hüquqi əsasları.
4. Ailənin mənəvi əsasları.
5. Ailənin psixoloji iqlimi.
6. Ailənin gender problemi.
7. Ailə üzvlərinin hüquq və vəzifələri.
8. Ailə münasibətlərində tolerantlıq.
9. Valideynin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti.
10. Ailənin funksiyaları, tipləri və quruluşu.
11. Ailə bayramları. Ailənin həyatında incəsənətin rolu.
12. Ailənin tərbiyəvi imkanları.
Tələbələr hansı pedaqoji ixtisası seçmələrindən asılı olmayaraq, pedaqogika və psixologiya elmlərinə aid məsələlərdən xəbərdar olmalıdırlar. Müəllim kimi sinif otağına daxil olan hər bir şəxs həmin fənlərdən öyrəndiklərinin faydasını görür.

Son zamanlar bəzi ali təhsil müəssisələrində Ailə pedaqogikası fənninin mühüm sahələrindən biri olan “Ailə dəyərləri” kursu tədris olunur.
Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında ailənin, ailə üzvlərinin, valideynlərin və ailə dəyərlərinin rolu son dərəcə böyükdür. Bu dəyərlərlə tanışlıq gənc nəslin, uşaq, yeniyetmə və gənclərin həyatda fəal mövqe tutmasına, yaxşı ailə başçısı, yaxşı valideyn, yaxşı ər və arvad, gəlin, yaxşı vətəndaş olmasına imkan verir.
“Ailə dəyərləri” dərsliyi ilə tanışlıq nəticəsində tələbə oğlan və qızlar ailədə qarşılıqlı münasibətlərin düzgün qurulması, fənnin başqa elmlərlə bağlılığı; onun mənbələri; tədqiqat metodları, valideynlərin nüfuzu, ata-anaların şəxsi nümunəsi və pedaqoji mərifəti; ailə tərbiyəsinin mənəvi və hüquqi əsasları; ailənin psixoloji iqlimi; ailə üzvlərinin hüquq və vəzifələri; ailənin funksiyaları, tipləri, quruluşu; uşaqların tərbiyəsi sahəsində ata-anaların üzərinə düşən vəzifələr, ailə tərbiyəsi zamanı tərbiyənin prinsip və metodlarından istifadənin zəruriliyi, ailə münasibətlərində tolerantlıq, ailə tərbiyəsində yol verilən nöqsanlar və s. bu kimi məlumatlara yiyələnəcəklər.
Tələbələrdən xahiş edilir ki, özünütərbiyə ilə məşğul olsunlar, ata-analarının, müəllimlərinin tərbiyəvi təsirlərinə biganə qalmasınlar, Vətənimizin ləyaqətli oğul və qızları kimi formalaşsınlar, yaxşı müəllim olsunlar. Onların nikahları uğurlu, gələcəkdə yaradacaqları ailə möhkəm olsun. Yaxşı nəsil yetişdirsinlər.
Dərslikdə “Apple” (“Alma”) şirkətinin rəhbəri Stiv Cobsun bəşəriyyətə müraciəti də yer alıb. Dərslik müəllifi tələbələrə həmin müraciətlə tanış olmağı məsləhət görür. Diqqət yetirək:
“Mən işgüzar aləmdə uğurun tam zirvəsinə çatmışam. Həyatım başqalarının gözündə sadəcə uğurdan ibarətdir. Amma həyatımda işdən başqa sevincim çox az olub. Hər halda var-dövlət mənimçün adət etdiyim bir faktdır. Hazırda xəstə halda çarpayıda uzanarkən yaşadığım həyatı xatırlayıb anlayıram ki, qarşısıalınmaz ölümün qabağını ala bilməyən sərvətim və ad-sanımın heç bir mənası yoxdur. Siz maşın sürmək və ya pul qazanmaq üçün adam tuta bilərsiniz, lakin siz əvəzinizə xəstəliyi daşıya biləcək heç kimi tapa bilməzsiniz. Maddi hər şey tapıb almaq olar, lakin bir şey var ki, onu itirdinsə, tapıb ala bilməzsən.
Həyatı pulla satın almaq mümkün deyil. Özünüzü yaxşıca əzizləyin və digərlərinə hörmətlə yanaşın.
Biz böyüdükcə daha ağıllı oluruq və getdikcə anlayırıq ki, 30 dollara olan saatla 300 dollara olan saat eyni vaxtı göstərir. 30 dollarlıq pul qabı gəzdiririk, ya 300 dollarlıq, fərqi yoxdur, hər ikisinə eyni məbləğdə pulu yerləşdirə bilirik. Yaxud 150 min dollarlıq maşınla, ya da 30 min dollarlıq maşınla gedəcəyik. Qət edəcəyimiz yol və məsafə eynidir. Sonda təyin olunmuş nöqtəyə gəlib çatacağıq. Əgər biz 30 və ya 100 dollarlıq şərab içsək belə, eyni həzzi alacağıq. 300 kvadrat metrlik mənzildə yaşayırsan, yoxsa 3 min kvadrat metrlik, sən eynilə təksən.
Sizin həqiqi daxili xoşbəxtliyiniz bu dünyanın madiyyatından asılı deyil. Fərq etməz siz biznesklassla, yoxsa ekonomklassla uçursunuz. Əgər təyyarə qəzaya uğrayırsa, sən də onunla birlikdə düşürsən. Beləliklə, ümid edirəm ki, siz anlayırsınız, nə qədər ki, danışa biləcəyiniz dostlarınız və yaxınlarınız var, əsl xoşbəxtlik budur. Müqayisəsi edilməyəcək beş fakt var:
1. Uşaqlarınızı zəngin olsunlar deyə tərbiyə etməyin, onları xoşbəxt olsunlar deyə tərbiyə edin. Buna görə də onlar böyüyəndə sahib olduqlarının qiymətini deyil, dəyərini biləcəklər.
2. Yeməyi dərman kimi yeyin, əks halda dərmanı yemək əvəzinə yeyəcəksiniz.
Sizi sevənlər sizi heç vaxt tərk etməz, hətta onun sizdən imtina etməsi üçün 100 faizlik səbəb olsa belə. O sizinlə qalmaq üçün güc və səbəb tapacaq, sizi tərk etməyəcək. İnsan olmaqla insani olmaq arasında çox böyük fərq var. Əgər siz tez-tez yerimək istəyirsinizsə, tək gedin. Əgər uzağa getmək istəyirsinizsə, birlikdə gedin.
Dünyanın ən yaxşı 6 həkimi bunlardır: günəş şüaları, istirahət, idman, dieta, özünə əminlik və dostlar. Onlara həyatınızın bütün dövrlərində əməl edin və sağlam həyatdan həzz alın”.
Stiv Cobs dünyanın ən varlı adamlarından biri olub. O, hər 4 saniyədə 1000 dollar pul qazanmaq imkanına malik bir şəxs idi. Stiv Cobs 31 yaşında miliyonçu olub. Sərvəti 80 milyarda çatırdı. Hər gün bir milyon dollar xərcləməli olsaydı belə, onun bütün pullarını xərcləmək üçün 218 il lazım gələrdi. Fəqət bu sərvət onu ölümün caynağından xilas edə bilmədi. 56 yaşında həyatdan köçdü.
Dərslik müəllifləri professor Akif Abbasov və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədli bunları niyə deyir və yazırlar?
Stiv Jobson demişkən, ata-analar övladlarını - oğul və qızlarını varlı olmaq üçün deyil, xoşbəxt olmaları üçün tərbiyə etsinlər. Azərbaycan Respublikasının Konstitusiyasından 34-cü maddəsində deyildiyi kimi, “Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur”.
Eyni zamanda konstitusiyamızda göstərildiyi kimi, övladların da üzərinə mühüm, həm də çox şərəfli vəzifələr düşür: “Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar”.
Dərslik aşağıdakı sözlərlə tamamlanır:
“Əziz tələbələr! Sizə yaxşı ali təhsil almağı, gələcəkdə pedaqoji ustalığa yiyələnmiş müəllim, nümunəvi ailə sahibi olmağı arzulayıram!!!”
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Dünən, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Dünən, 12:53
Sabah yağış yağacaq
Dünən, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Dünən, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Dünən, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz