Azərbaycanda casusluqda ittiham olunan İran vətəndaşına hökm oxunub
Tarix: 10-10-2023 12:53 | Bölmə: Cəmiyyət
Azərbaycanda casusluqda ittiham olunan İran vətəndaşına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində İrana cəsusluqda təqsirləndirilərək həbs edilən İran vətəndaşı Astan Babakın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə 14 il cəza istəyib.

Prosesdə son söz deyən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Onun ifadəsi bitdikdən sonra məhkəmə müşavirəyə yollanıb. Daha sonra prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Astan Babak 12 il azadlıqdan məhrum edilib.

Cəzasını çəkəndən sonra A.Babak Azərbaycan ərazisindən məcburi çıxarılmalıdır.

İttihama görə, İran vətəndaşı Astan Babak bu il Naxçıvan şəhərində saxlanılıb. O, İrandan Azərbaycana ali təhsil almaq adı ilə gələn tələbələrə bələdçilik adı ilə Bakıya gəlib gedirmiş. Azərbaycanda olduğu müddətdə ölkədəki hərbi hissələrin və digər strateji obyektlərin yerini öyrənərək İran xüsusi xidmət orqanlarına ötürübmüş. Sonuncu dəfə o İran xüsusi xidmət orqanlarına məlumat ötürərkən Naxçıvandakı otellərdən birində saxlanılıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər