Hakimliyə namizədlər şifahi imtahan verib
Tarix: 10-10-2023 16:13 | Bölmə: Cəmiyyət
Hakimliyə namizədlər şifahi imtahan verib

Hakimlərin Seçki Komitəsinin iclası keçirilib.

Reyting.az
xəbər verir ki, toplantıda qeyd olunub ki, yazılı imtahanda müvəffəqiyyət qazanan 35 nəfər hakimliyə namizədlə komitə tərəfindən şifahi imtahan keçirilib.

Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə komitə üzvləri tərəfindən müvafiq suallar bilavasitə həmin gün imtahandan əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb.

İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün qiymətləndirilməsinə imkan verib.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 29 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcəkdir. Yeni qaydalara əsasən imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə mediada və internetdə dərc edilir.

Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan hüquqları, beynəlxalq normalar, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər. Həmçinin, namizədlərin xaricdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.

Tədris kursu oktyabr ayının 16-da başlanılacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}