Şirvanda körpə ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 11-10-2023 13:04 | Bölmə: Cəmiyyət
Şirvanda körpə ölümü ilə bağlı cinayət işi açılıb

Şirvanda körpənin ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb.

Reyting.az
Şirvan Şəhər Prokurorluğuna istinadla xəbər verir ki, Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Aygün Əzizovanın Şirvan Şəhər Mərkəzi Xəstəxanasında körpəsinin ölü doğulması faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər