18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Hacıqabuldakı güclü yanğında 5 nəfər həyatını itirib - Fotolar (Yenilənib)
Tarix: 12-10-2023 16:20 | Bölmə: Cəmiyyət
Hacıqabuldakı güclü yanğında 5 nəfər həyatını itirib

Hacıqabul rayonun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında güclü yanğın baş verib. Yanğın nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Reyting.az
"Report"a istinadla bildirir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı, daha 2 nəfər yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-nin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi ilə bağlı cinayət işi başlanılıb.

Reyting.az
 Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir ki, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}