18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Bakıda qardaş 20 yaşlı bacısını boğaraq öldürülüb
Tarix: 13-10-2023 00:06 | Bölmə: Cəmiyyət
Bakıda qardaş 20 yaşlı bacısını boğaraq öldürülüb

Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində 20 yaşlı qadın öldürülüb.

Reyting.az 
xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}