18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 13-10-2023 12:40 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən xəbərə görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}