Kremlə yaxın oliqarx “Forbes” media qrupunu satın alıb? - Foto
Tarix: 22-10-2023 15:08 | Bölmə: Cəmiyyət
Kremlə yaxın oliqarx “Forbes” media qrupunu satın alıb?

Rusiyalı oliqarx Maqomed Musayev “Forbes” media qrupunu satın aldığını iddia edir. Hazırda o, Rusiyadakı “AS Rus Media” şirkətinin sahibidir.

Reyting.az
xəbər verir ki, beş səs yazısı və videoyazıya istinad edən “Washington Post” qəzetinin yazdığına görə, Musayev “Forbes” media qrupunu satın aldığını biznes tərəfdaşları ilə şəxsi söhbətlərində bildirib.

“Mən qlobal “Forbes”-i indicə almışam. Anlayırsan ki, dünyanın ən nüfuzlu brendinin açarı sənin əlində olanda, bu açar mənə hər kəsə giriş imkanı verəcək”, - Musayev söhbətinin birində deyir.

Başqa bir audioda Maqomed Musayev alıcının amerikalı iş adamı Austin Russell olduğunu iddia edir.

Qeyd edək ki, 2023-cü ilin yazında “Russell Forbes”-in nəzarət səhm paketini 800 milyon dollara aldığı açıqlanıb.



“Washington Post” ona da diqqət yetirir ki, Musayevin açıqlamalarından onun nəyi nəzərdə tutduğu tam aydın deyil: o, sövdələşmənin bağlanmasına kömək edib və buna görə də holdinqdə nüfuz qazanacaq, o, başqa insanlar vasitəsilə sövdələşməyə pul yatıran gizli investor olub, yoxsa bu ifadələr yalan və şişirdilmişdir?

Qeyd edək ki, “Washington Post” Musayevi “Rusiya hökumətinə bağlı” iş adamı sayır.

Onu da xatırladaq ki, M. Musayev “Global Venture Alliance” vençur fondunun prezidentidir. O, 2018-ci ildə “Forbes Russia” jurnalının təsisçiliyini alıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər