Azərbaycanda bəzi şəxslərə pedaqoji fəaliyyətlə məşğul olmaq qadağan ediləcək
Tarix: 23-10-2023 10:37 | Bölmə: Cəmiyyət
Azərbaycanda bəzi şəxslərə pedaqoji fəaliyyətlə məşğul olmaq qadağan ediləcək

Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Reyting.az
xəbər verir ki, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər