Marşrut avtobusu qəzaya uğrayıb, yaralılar var - Fotolar
Tarix: 23-10-2023 20:38 | Bölmə: Cəmiyyət
Marşrut avtobusu qəzaya uğrayıb, yaralılar var

Qubada mikroavtobusla minik avtomobili toqquşub.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.

"VAZ 2106" markalı minik avtomobili ilə Quba - Zərdabi marşrutu üzrə işləyən "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}