14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bakıda 51 yaşlı kişi öldürülüb - Yenilənib
Tarix: 24-10-2023 20:47 | Bölmə: Cəmiyyət
Bakıda 51 yaşlı kişi öldürülüb

Bakıda 51 yaşlı kişi öldürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

Bakıda 51 yaşlı kişini qətlə yetirən şəxsə cinayət işi açılıb.


Nəsimi rayon Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}