Zəhərlənən şagirdlər evə buraxılıb - Yenilənib
Tarix: 27-10-2023 12:35 | Bölmə: Cəmiyyət
Zəhərlənən şagirdlər evə buraxılıb

Bakıda dönərdən zəhərlənən 4 şagirdin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

***

Bakıda dönərdən zəhərlənən şagirdlər evə buraxılıb.

Reyting.az
TƏBİB-ə istinadla xəbər verir ki, oktyabrın 24-25-də dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Oktyabrın 27-də müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər