Pişik ətini donuz və quzu əti adı ilə satıblar - Mindən çox pişik xilas edilib
Tarix: 27-10-2023 14:48 | Bölmə: Cəmiyyət
Pişik ətini donuz və quzu əti adı ilə satıblar - Mindən çox pişik xilas edilib

Çin polisi 1000-ə yaxın pişiyi qəssabxanaya aparan yük maşınını saxlayıb. Nəticədə pişik ətinin donuz və ya quzu əti kimi satılmasının qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, insanlar təzə yeməyin təhlükəsizliyini şübhə altına alıb və bundan sonra ictimai etirazlar başlayıb.

Bu ayın əvvəlində heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan fəalların məsləhəti ilə Jiangsu əyalətində pişikləri toplamaq və daşımaq üçün istifadə edilən avtomobil ələ keçirilib.

Polisin hesabatında deyilir ki, tacirlər pişikləri kəsdirdikdən sonra ətini ölkənin cənubuna göndərmək niyyətində olublar. Onlar pişik ətini donuz və quzu kababı, eləcə də kolbasa şəklində satmaq istəyiblər.

Məlumata görə, heyvan hüquqları müdafiəçiləri bir yerdə çoxsaylı pişik və mismarlanmış taxta qutuları gördükdə şübhələniblər. Bundan sonra polis pişik ovçularını altı gün izləyib və yük maşını pişikləri kəsim məntəqəsinə aparmağa başlayanda müdaxilə ediblər.



Hazırda xilas edilən heyvanlar sığınacağa göndərilib.

Qeyd edək ki, Çində ev heyvanlarını və nəsli kəsilməkdə olan heyvanları müdafiə edən qanunlar olsa da, ev heyvanlarına, sahibsiz itlərə və pişiklərə qarşı qəddarlığa qarşı ümumi qanun yoxdur.

Heyvanların hüquqları və ətraf mühit qrupları uzun müddətdir ki, heyvan hissələrinin, o cümlədən nəsli kəsilməkdə olan bir çox növlərin istifadəsinə qarşı çıxır.

Yulin şəhərində hər il keçirilən it əti festivalına da etirazlar artır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər