Sabahın hava proqnozu açıqlanıb
Tarix: 29-10-2023 16:18 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, sabah səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}