Sumqayıtda 2 nəfəri öldürməkdə, 4 nəfəri yaralamaqda şübhəli şəxs saxlanılıb
Tarix: 30-10-2023 08:50 | Bölmə: Cəmiyyət
Sumqayıtda 2 nəfəri öldürməkdə, 4 nəfəri yaralamaqda şübhəli şəxs saxlanılıb

Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb