DİN vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb
Tarix: 30-10-2023 09:47 | Bölmə: Cəmiyyət
DİN vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.

E. Hacıyev qeyd edib ki, əgər vətəndaşda döyüş silahı varsa, o silah hansısa cinayətdə istifadə olunacaq: "Əgər istifadə olunma ehtimalı yoxdursa, o silah onun nəyinə lazımdır? Ona görə də qanunsuz saxlanılan odlu silah kimdə varsa təhvil verilməlidir. Könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə DİN həmin şəxsə təşəkkür edəcək".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb