Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib
Tarix: 02-11-2023 16:41 | Bölmə: Cəmiyyət
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi Şeniz Dervişoğlu Azərbaycanda saxlanılıb və qardaş ölkəyə ekstradisiya olunub.

Reyting.az
xəbər verir ki, o, qanunsuz silah saxlamaqda, silah mafiyası ilə əməkdaşlıqda, mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirləndirilir.

Türkiyə vətəndaşı olan Ş.Dervişoğlunun günahı sübuta yetirilərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Türkiyə məhkəməsi Ş.Dervişoğlu haqqında bir neçə dəfə qiyabi həbs qərarı çıxarıb. O, 2018-ci ildə Gürcüstandan Türkiyəyə ekstradisiya olunub, 2020-ci ildə həbsdən buraxılıb. Bir müddət sonra yenidən axtarışa verilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər