Pensiyaçıları göbələklə zəhərləyərək öldürüblər
Tarix: 03-11-2023 08:05 | Bölmə: Cəmiyyət
Pensiyaçıları göbələklə zəhərləyərək öldürüblər

Avstraliyada dörd pensiyaçını zəhərləyib öldürən qadın həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky News.” portalı məlumat yayıb.

Məlumatda deyilir ki, Avstraliyanın Viktoriya ştatının Leonqat şəhərində yaşayan 49 yaşlı Erin Patterson qohumu və yaxından tanıdığı 7 pensiyaçını evinə qonaq çağırıb. Portal yazır ki, ailə naharına dəvət olunanlardan dördü gəlib. Onlar Erinin bişirdiyi zəhərli göbələk şorbasına “qonaq edilib” və bu, qocaların sonuncu naharı olub.

Hazırda Avstraliya polisi qatil qadını dindirir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}