Kollecə direktor təyin olunub
Tarix: 03-11-2023 11:10 | Bölmə: Cəmiyyət
Kollecə direktor təyin olunub

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub.

Məlumata görə, bu vəzifəyə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov gətirilib.

O, artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, İ.Kubışov bu təyinatadək Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib.

Xatırladaq ki, bundan əvvəl Gəncə Dövlət Regional Kollecinin rəhbəri işləmiş Fəxrəddin Zeynalov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib(Report).




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}