Üç milyon dollara sahib olmaq üçün sevgilisini zəhərləyib - Fotolar
Tarix: 03-11-2023 20:45 | Bölmə: Cəmiyyət
Üç milyon dollara sahib olmaq üçün sevgilisini zəhərləyib

Son günlərin ən diqqətçəkən qətllərindən biri ABŞ-ın Şimali Dakota ştatında baş verib. 51 yaşlı Stiven Edvard Rayl sürpriz şəkildə 3 milyon dollar qazanıb. Bununla da Raylin həyatına son qoyacaq hadisənin əsası qoyulub.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Rayl 3 milyon dolları almaq üçün Minot hava limanına gedərkən yolda xəstələnib. Təcili xəstəxanaya çatdırılan Rayl komaya düşüb. Lazımi tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bundan sonra diqqətlər onun qız sevgilisinə yönəlib.



Qeyd olunur ki, tikinti işçisi Rayl alacağı milyonlar üçün böyük planlar qursa da, onun sevgilisi İna Thea Kenoyerin planları çox fərqli olub.

Raylin oğlunun dediyinə görə, 3 milyon dollar nağd pul olmayıb, sadəcə, atası fırıldaqçıların qurbanına çevrilib. Oğul atasının alış-veriş mərkəzi açmaq planı olduğunu, qalan pulu isə özünə və qardaşına verməyi planlaşdırdığını deyib. O, əlavə edib ki, atası sevgilisi tərəfindən öldürülüb.

Qısa müddətdə Kenoyeri həbs edən əməliyyatçılar cinayətin üstünü açıblar. Məlum olub ki, Rayl ilə rəsmi nikahda olmayan və buna görə də mirasdan pay ala bilməyən Kenoyer 3 milyon dolları mənimsəmək istəyib.



Kenoyer polisə Raylin günvurma nəticəsində xəstələndiyini desə də, yarılma nəticəsində bunun doğru olmadığı üzə çıxıb. Həkimlər müəyyən ediblər ki, Kenoyerin sevgilisinə antifriz istehsalında istifadə edilən etilen qlikol adlı kimyəvi maddə yedizdiriblər və kişi bu səbəbdən zəhərlənərək ölüb.

ABŞ mətbuatında dərc olunan xəbərdə Kenoyerin ömürlük həbs cəzası ilə üzləşdiyi bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər