Yüzə yaxın turist Çin gömrüyündə ilişib qalıb
Tarix: 04-11-2023 11:08 | Bölmə: Cəmiyyət
Yüzə yaxın turist Çin gömrüyündə ilişib qalıb

Yüzə yaxın rusiyalı turist Amur çayında yaranmış çətin vəziyyətə görə Çin gömrüyündə ilişib qalıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə Amur vilayətinin İqtisadi İnkişaf və Xarici Əlaqələr Nazirliyindən bildiriblər.

Turistlərin problemlə üzləşməsinə səbəb sərhəd Amur çayında yaranmış hidroloji vəziyyət göstərilir.

Noyabrın 4-ü günorta saatlarına olan məlumatda bildirilir ki, Heiçe keçid məntəqəsində yüzə yaxın Rusiya vətəndaşı var.

Nazirlik əlavə edib ki, Amur vilayətinin hökuməti yaranan problemləri həll etmək üçün Heiçedəki Çin hakimiyyəti ilə əlaqə saxlayır. Rusiyalı turistlərə həftə sonları və bayram günlərində çox zərurət olmadığı təqdirdə Heiçeyə bilet almaqdan çəkinmələri tövsiyə olunub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər