23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Yeni rektor özünə komanda formalaşdırır - Təyinatlar
Tarix: 04-11-2023 12:03 | Bölmə: Cəmiyyət
Yeni rektor özünə komanda formalaşdırır

Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub.

Reyting.az
xəbər verir ki, Könül Abbaslı və Elşad Abdullayev rektorun müşavirləri, Nəsibə Əmirbəyova isə Karyera və məzunlarla iş mərkəzinin müdiri təyin ediliblər.

Qeyd edək ki, Könül Abbaslı pedaqogika üzrə fəlsəfə doktorudur. Azərbaycan Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətini ADA Universitetində davam etdirir.

Elşad Abdullayev 2009 – 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 - 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.

Nəsibə Əmirbəyova isə Elm və Təhsil Nazirliyinin SABAH layihəsinin İnşaat mühəndisliyi ixtisasının müəllimi və AzMİU İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}