23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Hacıqabul rayonunda sursat aşkarlanıb
Tarix: 06-11-2023 12:13 | Bölmə: Cəmiyyət
Hacıqabul rayonunda sursat aşkarlanıb

Hacıqabul rayonunda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Bundan əlavə, sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}