12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 06-11-2023 12:35 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}