Ermənistandan Türkiyəyə giriş-çıxış statistikası…
Tarix: 08-11-2023 15:35 | Bölmə: Cəmiyyət
Ermənistandan Türkiyəyə giriş-çıxış statistikası…

Ermənistan Dövlət Statistika Komitəsi ilk dəfə olaraq Ermənistan-Türkiyə Marqara keçid məntəqəsindən giriş-çıxışların qeydiyyatı ilə bağlı məlumatları açıqlayıb.

Reyting.az
xəbər verir ki, məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistan-Türkiyə Marqara keçid məntəqəsi vasitəsilə Türkiyədən Ermənistana 38 nəfər daxil olub, 10 nəfər isə çıxıb. Transsərhəd qeydiyyatının qalığı 28 olub.

Bu rəqəm böyük ehtimalla cari ilin fevralında Türkiyədə baş vermiş zəlzələdən sonra sözügedən keçid məntəqəsindən humanitar yük daşıyan erməni sürücülərin sayını, eləcə də Ermənistana qayıdan xilasedicilərin sayını əks etdirir.

Qeyd olunur ki, əvvəlki onilliklərdə Marqara sərhəd-keçid məntəqəsindən giriş-çıxış olmayıb.

Onu da qeyd edək ki, 1993-cü ildə Türkiyə Ermənistanla quru sərhədini birtərəfli qaydada bağlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}