Sabahın hava proqnozu açıqlanıb
Tarix: 11-11-2023 13:17 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, sabah gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}