23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Keçmiş icra başçısı vəfat edib
Tarix: 12-11-2023 11:09 | Bölmə: Cəmiyyət
Keçmiş icra başçısı vəfat edib

Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, məşhur cərrah Baxış Hüseynov vəfat edib.

Məlumata görə, o bu gün dünyasını dəyişib.

Qeyd edək ki, B.Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda (ATİ) təhsil alıb. 1962-ci ildən Moskva Tibb Stomotoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb. Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında assisent, 1969-cu ildə dosent vəzifələrində çalışıb. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib.

B.Hüseynov 1992-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib(Report).




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}