5 avtomat silah və 20 ov tüfəngi polisə təhvil verilib
Tarix: 13-11-2023 09:46 | Bölmə: Cəmiyyət
5 avtomat silah və 20 ov tüfəngi polisə təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:45 Sabah yağış yağacaq