Deputat: "Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir"
Tarix: 14-11-2023 13:09 | Bölmə: Cəmiyyət
Deputat: "Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir"

"Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir".

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərin görə, şəhərin mərkəzində tıxac əsas problemdir: "Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq”.

Deputat həmçinin bildirib ki, gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir: "Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib. Bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır"(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər