Deputat məmurları tənqid edib: "Şamaxıya, Qəbələyə ancaq yeyib-içmək üçün gedilməməlidir"
Tarix: 14-11-2023 15:38 | Bölmə: Cəmiyyət
Deputat məmurları tənqid edib: "Şamaxıya, Qəbələyə ancaq yeyib-içmək üçün gedilməməlidir"

“Reklam haqqında” qanunun icrasından narazılığım var. Misal olaraq, televiziyada deyirlər ki, uşaq bezlərinə təşəkkür edirəm. Bu nə deməkdir?"

Bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, mağazalarda siqaretlər insanın üstünə gəlir: "Müvafiq qanunvericiliyə dəyişikliklər etsək də heç bir fayda əldə etmirik. Ona görə də belə hallar qeydə alınır, zərərli məsələlər ortaya çıxır”.

Deputat həmçinin vurğulayıb ki, Şamaxıya, Qəbələyə ancaq yeyib-içmək üçün gedilməməlidir: “Bu yerlərin hamısı tarixi məkanlardır. Odur ki, tariximizi bilməli və bərpa etməliyik. Bundan başqa, səsləndirdiyimiz bir çox məsələlər həllini tapmır. Həmişə mənə deyirlər ki, çıxış edirsən, amma çıxışının nə xeyri var?! Ağsu ilə bağlı 10 dəfədən çox şikayət xarakterli çıxış etsəm də, hələ də həll yolu tapılmır. Hər dəfə gələn il həll olunacaq deyilir. Buradan səslənirəm ki, gələn il dediyiniz il hansıdır?!”(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər