Bakıda azyaşlını zorlayan Əfqanıstan vətəndaşına hökm oxunub
Tarix: 16-11-2023 17:44 | Bölmə: Cəmiyyət
Bakıda azyaşlını zorlayan Əfqanıstan vətəndaşına hökm oxunub

Bakıda həmyerlisinə - 2009-cu il təvəllüdlü Zəhraya (şərti ad) qarşı cinsi zorakılıq etməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Rahimi Mahdiyə hökm oxunub.

“Report” xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Hökmə əsasən, R.Mahdi 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, 1989-cu il təvəllüdlü Rahimi Mahdi cinsi istəyini pozğun formada təmin etmək məqsədi ilə Bakıda kirayə yaşadığı ünvanda uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünün yataq otağında 14 yaşına çatmayan 2009-cu il təvəllüdlü tanışının köməksiz vəziyyətindən istifadə edib, əli ilə qolundan dartaraq zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Qeyd edək ki, hadisə 2019-cu il iyunun 21-də olub. O, zərərçəkmişin qanuni varislərinin şikayəti əsasında həbs olunub.
R.Mahdiyə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər