Avropa İlon Maskın platformasına qadağa qoyub
Tarix: 17-11-2023 18:36 | Bölmə: Cəmiyyət
Avropa İlon Maskın platformasına qadağa qoyub

Avropa Komissiyası Avropa İttifaqının rəsmi strukturlarına İlon Maska məxsus “X” sosial şəbəkəsinin (keçmiş Twitter) səhifələrində ödənişli reklam yerləşdirməyi qadağan edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, Avropa rəsmiləri bu sosial şəbəkədə “yanlış məlumatların yayılmasından” narahatdırlar.

Avropa Komissiyasının sədr müavini Dana Spinant bütün departament rəhbərlərinə göndərdiyi notada izah edib ki, “X”-də dezinformasiyanın yayılması, xüsusən də İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı onlara bu platformada reklamı müvəqqəti olaraq dayandırmaq tövsiyə olunub.

Bu, Avropa Komissiyasının nüfuzuna xələl gətirən risklərin qarşısını almaq üçün əlavə xəbərdarlıq sayılır.

Avropa İttifaqı xidmətləri hələ də çoxsaylı rəsmi profil səhifələri vasitəsilə əlaqə saxlamaq üçün “X”-dən istifadə edə bilər. Lakin rabitə şöbəsi platformada pullu reklamın dayandırılmasını əmr edib.

Hazırda alternativ platformaların (LinkedIn, Instagram və ya Facebook kimi) istifadəsi və lazımi yerlərdə internet saytlarında rəqəmsal reklamın aparılması nəzərdən keçirilir. Avropa Komissiyası həmçinin “sosial mediada mövcudluğumuzu şaxələndirmək” üçün yeni platformaları araşdırır.

Qeyd edək ki, “X” sosial şəbəkəsi Avropada diqqət mərkəzindədir. Oktyabr ayında Avropa Komissiyası sosial şəbəkənin öz səhifələrində qanunsuz məzmun və dezinformasiya ilə necə mübarizə apardığını izah etmək üçün şirkətə rəsmi məlumat sorğusu göndərib. Xüsusilə HƏMAS-ın 7 oktyabrda İsrailə hücumu kontekstində. Avropa Komissiyası sosial şəbəkələrdə Avropa qanunları ilə bağlı uzun müddətdir İlon Maskla mübahisə edir. Şayiələrə görə, Mask hətta Avropa Komissiyası ilə problem yaşamamaq üçün “Twitter”-i Avropada dayandırmağı düşünür.

ELÇİN





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər