İrəvanda atışma: “qanuni oğru” da daxil olmaqla 13 nəfər nəzarətə götürülüb
Tarix: 18-11-2023 13:56 | Bölmə: Cəmiyyət
İrəvanda atışma: “qanuni oğru” da daxil olmaqla 13 nəfər nəzarətə götürülüb

Ermənistanın paytaxtı İrəvanda “qanuni oğru” Arsen Yerevanski həbs edilib.

Reyting.az
Ermənistan mediasına istinadla xəbər verir ki, dünən İrəvanda “qanuni oğru”ların iştirakı ilə “razborka” olub.

Saat 16:30 radələrində polisə David Bek küçəsində atışma baş verdiyi barədə əməliyyat məlumatı daxil olub. Polis müəyyən edib ki, saat 16:20 radələrində “Toyota” markalı avtomobili idarə edən Kotayk rayon sakini, 54 yaşlı Vitali Avdiani İrəvan sakini 28 yaşlı Hayk Şahbazyanla mübahisə edib.

Sonuncu “Mersedes” markalı avtomobili idarə edib, avtomobildə də 46 yaşlı Yerevan sakini Arsen Mkrtçyan (Arsen Yerevanski) olub.

Dava zamanı hər iki tərəf bir-birini nalayiq ifadələrlə təhqir edib. Əməliyyat məlumatına görə, Avdiani Mkrtçyanı əli ilə vurduğu ortaya çıxıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Arsen Yerevanski də daxil olmaqla 13 nəfər nəzarətə götürülüb.

Faktla bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Vitali Avdianinin yerinin müəyyən edilməsi və onunla birlikdə olan şəxslərin şəxsiyyətinin müəyyənləşməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, Avdiani də “qanuni oğru”dur. Polis onun atışma zamanı güllə yarası alıb-almadığını müəyyən etməyə çalışır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər