14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 19-11-2023 13:11 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-19° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:54 Sabah yağış yağacaq
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb