Təhlükə xəbərdarlığı: noyabrın 17-si tarixdə ən isti gün olub
Tarix: 21-11-2023 11:50 | Bölmə: Cəmiyyət
Təhlükə xəbərdarlığı: noyabrın 17-si tarixdə ən isti gün olub

Qlobal orta temperatur bir gün ərzində kritik istiləşmə həddini iki dərəcə keçib. Temperaturun artması Avropa Birliyinin Kopernik xidmətinin alimləri tərəfindən qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə təşkilat rəhbərinin müavini Samanta Burgess “X” sosial şəbəkəsində paylaşım edib.

Analitiklərin fikrincə, mərhələ noyabrın 17-də qısa müddətə keçib. Sənayedən əvvəlki dövrlə müqayisədə Yer kürəsində temperatur Selsi üzrə 2,06 dərəcə artıb. Bundan başqa, cümə günü havanın temperaturu 1991-2020-ci illərin səviyyəsini orta hesabla 1,17 dərəcə keçib. Beləliklə, 17 noyabr tarixdə ən isti gün olub.

İqlim üzrə alimlər xəbərdarlıq edirlər ki, sənayedən əvvəlki səviyyədən iki dərəcə yüksək davamlı istiləşmə planet və onun ekosistemləri üçün geridönməz nəticələrə səbəb olacaq. Orta qlobal temperaturun bir yarım dərəcə yüksəlməsindən qorunmaq 2015-ci il Paris iqlim sazişinin əsas məqamı olaraq qalır.

Burgessin sözlərinə görə, noyabrın 17-də qeydə alınan temperatur rekordu müqavilənin şərtlərini pozmasa da, dünyanın bundan o qədər də uzaqda olmadığını nümayiş etdirib.

O, həmçinin CNN-ə müsahibəsində qeyd edib ki, Kopernik məlumatları ilkindir və real müşahidələrlə təsdiqini tələb edir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}