20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ölkəmizdə qızılca virusu yayılır
Tarix: 21-11-2023 15:29 | Bölmə: Cəmiyyət
Ölkəmizdə qızılca virusu yayılır

Respublikamızın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilir. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınır.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar:

"Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər