12:57 / 13-05-2024
Sabah yağış yağacaq
“WhatsApp”da yeni funksiya işə başlayıb
Tarix: 21-11-2023 19:15 | Bölmə: Cəmiyyət
“WhatsApp”da yeni funksiya işə başlayıb

“WhatsApp” messencerinin istifadəçiləri üçün e-poçtu hesablarla əlaqələndirməyə imkan verən yeni funksiya fəaliyyətə başlayıb.

Reyting.az
-ın məlumatına görə, “WABetaInfo” mütəxəssisləri bildiriblər ki, indi e-poçtu “WhatsApp” hesabınıza bağlaya bilərsiniz. Bu zaman xidmət hesabınıza daxil olmaq üçün altı rəqəmli kod göndəriliəcək. “Əslində bu, platformaya giriş əldə etməyin əlavə üsuludur ki, bu da istifadəçilərə SMS vasitəsilə kodu almaqda müvəqqəti çətinliklərlə üzləşə biləcəkləri hallarda öz hesablarına daxil olmağa imkan verəcək”, - deyə ekspertlər əlavə ediblər.

Mütəxəssislərin sözlərinə görə, funksiyanı aktivləşdirmək üçün messencer parametrlərini açmalı və “Hesab” bölməsinə keçməlisiniz.

Bildirilir ki, “WhatsApp” telefon nömrələrini e-poçt ünvanları ilə əvəz etməyib, funksiya yalnız istifadəçilərə profillərə daxil olmaq üçün əlavə üsul təqdim edir.

Mütəxəssislər qeyd ediblər ki, funksiya artıq iOS cihazlarının bəzi istifadəçiləri üçün əlçatandır. "Qalan hesablar yaxın həftələrdə yeni seçimə çıxış əldə edəcəklər" deyə ekspertlər yekunlaşdırıblar.

ELÇİN





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}