20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“İzahlı ictimai-siyasi terminlər lüğəti” nəşr olunub
Tarix: 22-11-2023 16:17 | Bölmə: Cəmiyyət
“İzahlı ictimai-siyasi terminlər lüğəti” nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə “İzahlı ictimai-siyasi terminlər lüğəti” nəşr olunub.

İnsitutdan Reyting.az-a verilən məlumata görə, lüğətin tərtibçiləri Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova, Sima Quliyeva, Natəvan Hüseynova, Vəfa Abdullayeva - Nəbiyevadır.

Lüğətdə Azərbaycan dilində işlənən 2800 ictimai-siyasi termin toplanmış və onların izahı verilib. İctimai-siyasi leksika cəmiyyətin bütün sferalarını özündə əks etdirdiyinə görə kütləvi informasiya vasitələrində geniş istifadə olunur. Bu nəzərə alınaraq lüğətdə ayrı-ayrı elm sahələrində işlənən ictimai-siyasi həyatı əks etdirən sosiologiya, beynəlxalq münasibətlər, politologiya ilə bağlı terminlər toplanıb. İctimai-siyasi leksikaya cəmiyyətin müxtəlif hadisələri ilə bilavasitə əlaqədar olan siyasi-iqtisadi əlaqələr, milli azadlıq və ictimai-siyasi hadisələr, ölkənin təhlükəsizliyi, milli və beynəlxalq təhlükəsizlik, partiyaların adlarını ifadə edən termin və sözlər daxildir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər