23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Araz sahilindən sursat, sakinlərdən silah götürülüb - Fotolar
Tarix: 23-11-2023 09:14 | Bölmə: Cəmiyyət
Araz sahilindən sursat, sakinlərdən silah götürülüb

İmişli Rayon Polis Şöbəsinə Araz çayının rayon ərazisindən keçən hissəsinin sahilində müxtəlif növ sursat tapılması barədə məlumat daxil olub.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a bildiriblər ki, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 23 ədəd daraq və 467 ədəd patron aşkarlanaraq götürülüb.

Həmçinin, son iki gün ərzində qanunsuz saxlanılan silahların şöbə əməkdaşları tərəfindən aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 4 nəfər rayon sakini qanunsuz saxladığı odlu silahı polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.







Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}