Daha 25 ailə Füzuli şəhərinə yola salınıb - Fotolar (Yenilənib)
Tarix: 24-11-2023 13:47 | Bölmə: Cəmiyyət
Daha 25 ailə Füzuli şəhərinə yola salınıb

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı olub.

Reyting.az
xəbər verir ki, növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə şəhərə daha 25 ailə - 72 nəfər köçürülür.

Bununla da Füzulidə 283 ailə - 1000 nəfərin daimi məskunlaşdırılması təmin edilib.(APA)

***

İşğaldan azad olunan Füzuli rayonuna sakinlərin qaydışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

Reyting.az
AZƏRTAC-a istinadən xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 72 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək, Vətənə qovuşmağın sevincini paylaşıblar.






Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}