Bakıda tutulan Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunub
Tarix: 24-11-2023 17:52 | Bölmə: Cəmiyyət
Bakıda tutulan Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunub

Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin avqust ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib".




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}