9 milyonluq mənimsəmə... - Keçmiş rəisin cinayət işi məhkəməyə göndərilib
Tarix: 25-11-2023 14:04 | Bölmə: Cəmiyyət
9 milyonluq mənimsəmə... - Keçmiş rəisin cinayət işi məhkəməyə göndərilib

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
xəbər verir ki, təqsirləndirilən Rəşad Məlikzadə barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.

Qeyd edək ki, R. Məlikzadə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və polkovnik barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Keçmiş rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham olunur.

R. Məlikzadə 9 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.(APA)




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}