Regional Təhsil İdarəsinin müdiri şagirdi döyüb - Foto
Tarix: 25-11-2023 20:47 | Bölmə: Cəmiyyət
Regional Təhsil İdarəsinin müdiri şagirdi döyüb

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə baş verib.

Məlumata görə, təhsil ocağına yoxlamaya gələn R. Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edib.


Rüfət Hacıyev

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

Qeyd edək ki, bu, Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz rayonunun icra başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}